Böyük Britaniyanın Tbilisidəki səfiri Qaret Uord respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Vaxtanq Qomelauriyə qarşı sanksiyalarla əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan İctimai Yayımının Birinci Kanalı məlumat yayıb.
“Gürcüstanın Xarici İşlər Nazirliyində Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord ilə görüş keçirilib”, – deyə məlumatda bildirilir.
Bir gün əvvəl Britaniya Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbərinə və onun müavininə, həmçinin departamentin daha üç yüksək rütbəli məmuruna qarşı sanksiyalar tətbiq edib.