Britaniya Kiyevə 150 milyon funt sterlinq dəyərində yeni hərbi yardım paketi elan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Qeyd olunur ki, britaniyalılar Ukraynaya pilotsuz uçuş aparatları (PUA), tanklar və hava hücumundan müdafiə sistemləri (ADS) göndərəcək.