Böyük Britaniyanın baş naziri Keir Starmer yeni mobil hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verildiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu bəyanatı Kiyevdə Vladimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında verib.
“Bu silahlar son 20 ildə ilk dəfə olaraq Böyük Britaniyada istehsal edilib və yaxın bir neçə həftə ərzində Ukraynaya gəlməyə başlayacaq”, – deyə o vurğulayıb.
Baş nazirin sözlərinə görə, bu sistemin xüsusiyyətləri “Ukraynanın ehtiyaclarına uyğun olacaq”.