Böyük Britaniya yeni imkanlar axtarışındabackend

Böyük Britaniya yeni imkanlar axtarışında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Avropa İttifaqından çıxdıqdan sonra yeni iqtisadi imkanları araşdırır.

NOCOMMENT.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Paraqvay prezidenti Santiaqo Pena ilə görüşdə deyib. Bildirilib ki, hazırda Paraqvay Böyük Britaniyaya ixracın həcmi illik 120 milyon dollardan çoxdur, idxal isə 65 milyon dollar təşkil edir.

Xatırladaq ki, Böyük Britaniya ilə danışıqlar “Merkosur” və Avropa İttifaqı arasında uzun müddətdir təxirə salınmış azad ticarət sazişini yekunlaşdırmaq səylərində ümidlərin yenidən azaldığı bir vaxta təsadüf edir.