Böyük Britaniyada 10 günlük TƏTİL – 32 uçuş ləğv edildibackend

Böyük Britaniyada 10 günlük TƏTİL – 32 uçuş ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

British Airways martın 31-dən aprelin 9-dək Hitrou hava limanından gündəlik 32 uçuşu ləğv edəcək.

NOCOMMENT.az xəbər verir ki, Hitrou hava limanında 1400 təhlükəsizlik işçisi maaş artımı ilə bağlı mübahisəyə görə tətilə çıxıb.

Dünən başlayan tətil aprelin 9-da Pasxa bayramında başa çatacaq.

Hava limanının rəhbərliyi sərnişinlərə hava limanına getməzdən əvvəl uçuşları yoxlamaq barədə xəbərdarlıq edib.

Sərnişinlərdən qısamüddətli uçuşlardan ən azı 2 saat əvvəl, uzun məsafəli uçuşlardan isə ən azı 3 saat əvvəl hava limanına gəlmələri istənilib.

NOCOMMENT.az