Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilirbackend

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

NOCOMMENT.az  Azərtac-a istinadən xəbər verir ki, səsvermə yerli vaxtla səhər saat 7:00-dan axşam 22:00-dək davam edəcək. Seçkilərin nəticələri axşam saat 23:30 radələrindən etibarən məlum olunmağa başlayacaq. Nəticələrin əksəriyyətinin isə cümə gününün erkən saatlarında, təxminən saat 6:30 radələrində açıqlanması proqnozlaşdırılır.

Altı həftəlik ümumi seçki kampaniyası boyunca keçirilən sorğu-anketlərə görə Leyboristlər Partiyasının qələbə qazanması yüksək ehtimallar arasındadır. Bəzi anketlərə görə Keir Starmer 1997-ci ildə qələbə çalan və Mühafizəkarlar Partiyasının 18 illik hakimiyyətinə son verən Leyboristlərin lideri Toni Bleyrdən də daha yüksək nəticə əldə edə bilər.

Qeyd edək ki, 2019-cu ildə keçirilən son seçkilərdə seçici fəallığı 67.3 faiz olub.