Böyük Britaniyada Rusiya ilə əlaqəli çirkli pulların yuyulması şəbəkəsi üzə çıxıbbackend

Böyük Britaniyada Rusiya ilə əlaqəli çirkli pulların yuyulması şəbəkəsi üzə çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada milyard dollarlıq çirkli pulların yuyulması sxemi üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Independent” Milli Cinayət Agentliyinin (NCA) məlumatlarına istinadən məlumat yayıb.

“The Independent” yazır ki, ondan narkotik alverçiləri və sanksiyaya məruz qalan şəxslər tərəfindən istifadə edilib və Rusiyadan gələn mühacirlər tərəfindən idarə edilib.

Nəşrin məlumatına görə, sistem kriptovalyutanı nağd pula və aktivlərə çevirmək üçün rusdilli hakerlər, Böyük Britaniyada real pulların yuyulmasına ehtiyacı olan küçə qrupları, habelə sanksiyaya məruz qalan ruslar və hətta RT əməkdaşları və müxtəlif ölkələrdəki rus casusları tərəfindən istifadə edilib.

Şəbəkə 30 ölkəni əhatə edirdi, vəsaitlər tez-tez Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, Yaxın Şərq vasitəsilə köçürülür. İdarəetməni Rusiyadan olan mühacirlər – Yekaterina Jdanova və Georgi Rossi həyata keçiriblər.

“Onların hər ikisinin çirkli pulların yuyulmasından milyonlarla funt sterlinq qazandıqları və milyardlarla funt sterlinq dəyərində əməliyyatlar üçün təxminən üç faiz aldıqları güman edilir”, – məlumatda bildirilir.