Böyük Britaniyadakı beynəlxalq tələbələr ailələrini ölkəyə gətirə bilməyəcəklərbackend

Böyük Britaniyadakı beynəlxalq tələbələr ailələrini ölkəyə gətirə bilməyəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada immiqrasiyanın azaldılması siyasətinin bir hissəsi olaraq, 2024-cü ilin yanvar ayından etibarən beynəlxalq tələbələrin müəyyən şərtlər istisna olmaqla, himayəsində olan şəxsləri ölkəyə gətirə bilməyəcəkləri açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, Böyük Britaniya Daxili İşlər Nazirliyi tələbə vizası sahiblərinin ailələri üçün viza müraciətində edilən dəyişikliklərlə bağlı açıqlama verib.

Bəyanata görə, beynəlxalq tələbələr tədqiqat proqramı olaraq təyin olunan aspiranturada iştirak etmədikcə, himayəsində olan şəxsləri özləri ilə Böyük Britaniyaya gətirə bilməyəcəklər.

Dəyişiklik beynəlxalq tələbələrin qabaqcadan planlar qura bilməsi üçün 2024-cü ilin yanvar ayından etibarən qüvvəyə minəcək.

NOCOMMENT.AZ