Böyük Britaniyanın keçmiş baş naziri ölkəsini uğursuz dövlət adlandırıbbackend

Böyük Britaniyanın keçmiş baş naziri ölkəsini uğursuz dövlət adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya uğursuz dövlətdir və Britaniya xalqı bunu dərk etməyə başlayır.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Krallığın keçmiş baş naziri Liz Truss Piter Makkormakın podkastında bildirib.

“Məndə belə bir hiss var ki, Britaniya əhalisi bizim ölkədə uğursuz dövlətə malik olduğumuzu anlamağa başlayır. Onlar həqiqətən də bunu etməyə başlayırlar”, – deyə siyasətçi bildirib.

Truss qeyd etdi ki, britaniyalılar sadəcə olaraq qovulub yeniləri ilə əvəz edilə bilən “dünyanın ən yararsız siyasətçiləri”ndən şikayətlənirdilər. Lakin onun qeyd etdiyi kimi, hakimiyyət dəyişikliyindən sonra ölkədə vəziyyət “yaxşılaşmır, çünki əsas problem məhz dövlətin özündədir”.

Yanvarın 9-da Truss, 2022-ci ildə “iqtisadiyyatını çökdürdüyünü” iddia etməyə davam edərsə, İngiltərənin hazırkı Baş naziri Keir Starmeri məhkəməyə verəcəyi ilə hədələdi.