Böyük Britaniyanın ticarət gəmisinə HÜCUM EDİLİBbackend

Böyük Britaniyanın ticarət gəmisinə HÜCUM EDİLİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin Əl-Muxa liman şəhərindən cənubda, Qırmızı dənizdə Böyük Britaniyanın ticarət gəmisi hücuma məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi “X” sosial şəbəkəsində məlumat yayıb.

Gəmi kapitanı iki raket atəşinə məruz qaldıqlarını bildirib. Ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Məlumata görə, hazırda gəmi dəniz limanına doğru hərəkət edir.

Qurum digər gəmilərin ekipajlarını Yəmən sahillərində hərəkət edərkən ehtiyatlı olmağa və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb.