Çinin China Southern aviaşirkəti Moskva-Pekin marşrutu üzrə birbaşa uçuşları yanvarın 20-dən martın 30-dək dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
“Vəziyyət 15-17 min nəfərin səyahətinə təsir göstərə bilər”, – bəyanatda deyilir.
ATOR qeyd edib ki, dörd aviaşirkət Moskva-Pekin marşrutu üzrə uçuşlar həyata keçirir: “China Southern”dən başqa, bunlar “Aeroflot”, “China Eastern” və “Hainan Airlines”dir.