Bosnyada böyük bir daş kürə tapıldı.
NOCOMMENT.az xəbər verir ki, referans.az bu barədə Türkiyə mediasına istinadən məlumat yayıb.
Bosnyanın Podubravlje kəndində Suad Keseroviç, təxminən 3 metr diametrində və 35 ton ağırlığında nəhəng bir daş kürə kəşf edib.
Bu, demək olar ki, mükəmməl yuvarlaq kürə maraq doğurdu və bunun təbii bir geoloji fenomen olub-olmaması, yoxsa minlərlə il əvvəl inkişaf etmiş bir antik sivilizasiyanın qalıntısı olduğu ilə bağlı suallar ortaya çıxdı.
Alimlər bu iddialara dəqiq bir cavab verməsələr də, bir çox nəzəriyyə, bu kəşfin Yer xarici varlıqların yenidən müzakirə edilməsinə səbəb olmasına yol açıb.
Əgər bu təbii bir yaranışdırsa, necə yaranmış ola bilər?
Əgər antik bir sivilizasiyaya aiddirsə, bu daş kürəni nə məqsədlə istifadə etmiş ola bilərlər?
Yerdən xarici varlıqların bir təsiri isə, bu kürələr nə üçün istifadə olunurdu?
Eyni kürələr Kosta Rikada da tapılmışdı.
Kosta Rika ilə Bosnya arasındakı məsafə 10.150 km-dir.
Müasir dövrümüzdə belə, dəniz və hava yolu ilə belə, bu iki ölkə və region arasında əlaqə qurmaq hələ də çətinliklə mümkündür.