Böyük dövlətlərin koronavirus vaksini YARIŞIbackend

Böyük dövlətlərin koronavirus vaksini YARIŞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ilin dekabrında Çində yaranan koronavirus dünyanın əsas problemi olaraq qalır. Ötən müddətdə bir çox ölkələr koronavirusa qarşı effektiv vaksin hazırlamaq üçün çalışır.

NOCOMMENT.az xəbər verir ki, böyük dövlərlərin bu sahədə hazırladığı vakisnləri və onların satışa çıxarılacağı vaxtı təqdim edir.

Rusiyanın Himaleyi İnstitutu noybar ayından etibarən “Sputnik V” vakisinini istehsalına başlayıb. Vaksinin klinik sınaqları Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Venesuela və Belarusda aparılır. Vaksinin effekivlik göstəricisi 95%-dir.

ABŞ-ın Pfizer və Almaniyanın BioNTech şirəktləri ortaq vaksin hazırlayaraq Avropa Birliyinə təqdim ediblər. İcazə verildiyi təqdirdə vaksinin istehsalı ilin sonuna qədər başlayacaq.

ABŞ-ın Moderna şirkəti ölkənin tibb sahəsinə nəzarət edən FDA qurumuna müraciət edib. Şirkətin vaksini təsdiq alacağı təqdirdə dekbarın ortalarından etibarən yeni vaksinin istehsalına başlayacaq.

ABŞ-ın Pfizer və Almaniyanın BioNTech, AstraZeneca və Oksford Universitetinin hazırladıqları vaksinlər yaxın günlər yaxud həftələr ərzində Böyük Britaniyada istifadə oluna bilər. Rəsmi Londonun vaksinlərin sertifikasiyasına dekabrda icazə verəcəkləri gözlənilir. Kütləvi istehsal isə 2021-ci ilin birinci yarısında baş tutacaq.

Çinin Sinopharm şirkəti vaksin istehsalı üçün müraciət edib. Çinin SioVac şirkəti isə hələ yanvar ayından koronavirus əlehinə vaksin hazırlayır. Bu vaksinlərin ilin sonuna qədər bazara daxil olması gözlənilir.

Hindistanın Peyvənd İnstitutu və Bharat Biotech şirkəti 2021-ci ilin yanvar və fevral aylarında yeni vaksin istehsalına başlayacaqlarını elan ediblər.
Modern.az