“Böyük Qayıdış” film müsabiqəsinə sənəd qəbulu başa çatdıbackend

“Böyük Qayıdış” film müsabiqəsinə sənəd qəbulu başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək və Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb.

Bu barədə NOCOMMENT.az -a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə yumruq kimi birləşən vətəndaşlarımızın fəaliyyəti mövzularını əhatə edən müsabiqəyə təqdim edilmiş işlərdən müsabiqənin ilkin qəbul şərtlərinə cavab verən aşağıdakı 49 layihə ikinci – Bədii seçim mərhələsində iştirak hüququ əldə edib:

Təqdim edən müəssisə Layihənin adı Layihənin növü QEYD
1 “Oksimedia” MMC “Vətən sağ olsun” animasiya filmi
2 “Oksimedia” MMC “Atama söz” q/m bədii film
3 “Oksimedia” MMC “Qələbə bizimdir” q/m bədii film
4 “Birlik kinostudiyası” MMC “Qarabağ nağılı” animasiya filmi
5 “Birlik kinostudiyası” MMC “Müqəddəs torpaq” q/m bədii film
6 “İnteraz Media and Broadcastig” MMC “Tanrının Nəbzi” q/m bədii film “Nemətoğlu Aqro” MMC ilə müştərək
7 “İnteraz Media and Broadcastig” MMC “Nəfəs” q/m bədii film Şirkət filmin büdcəsinin 17000 AZN hissəsini diaspor təşkilatlarından,

25500 AZN hissəsini isə “Old stone pictures” şirkətindən əldə etmişdir

8 “OB Film” MMC “Tarix” animasiya filmi
9 “OB Film” MMC “Sülh göyərçini” q/m bədii film
10 “Nova Gorica” kino şirkəti “Mənəm Yusif” q/m bədii film
11 “Nova Gorica” kino şirkəti “Qarabağdan Qarabağa” Sənədli film Şirkət filmin büdcəsinin 7000 AZN hissəsini “Euroklima”dan əldə etmişdir.
12 “Mediamaster” MMC “Vətən aslanları” q/m bədii film
13 “Mozalan”studiyası MMC “İkinci planetin qırmızı rəngi” q/m bədii film
14 “Karvan production” MMC “Çamadan” q/m bədii film
15 “Karvan production” MMC “Arxa cəbhə” q/m bədii film
16 “Karvan production” MMC “Dağların Şuşası” q/m bədii film
17 “YFilm” prodakşın servis “Sarı Kişi” q/m bədii film
18 “3 dost” MMC “Qayıtmışam” animasiya filmi
19 “3 dost” MMC “Təranənin arzusu” animasiya filmi
20 “Buta” film MMC “Ağdam” q/m bədii film
21 “Vətən tv” Media şirkəti MMC “General”(Mais Bərxudarov) sənədli filmi Şirkət filmin büdəcəsinin 6360 AZN hissəsini əldə etmişdir
22 “Alioğlu Media Group” “Oyanış” q/m bədii film
23 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Xurşidbanu Nətavan” q/m bədii film
24 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Fulya” sənədli film “DADA-world of publicity” ilə müştərək
25 C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “Müharibənin uşaqları” sənədli film
26 “Rakord” MMC “Torpaq və Su” sənədli film
27 “Rakord” MMC “Divar” animasiya filmi
28 “Rakord” MMC “Xarı Bülbül” q/m bədii film
29 “YFilm” prodakşın servis “Evə dönüş” q/m bədii film
30 “İctimai Televizya və Radio Yayımları Şirkəti” “Gün, ay” q/m bədii film
31 “İctimai Televizya və Radio Yayımları Şirkəti” “Su kiçiyin yol böyüyün” q/m bədii film
32 “YFilm” prodakşın servis “Ziyarət” sənədli film
33 “İctimai Televizya və Radio Yayımları Şirkəti” “Yolun dəyəri” q/m bədii film
34 “Balans” MMC “Qayıdış günü” animasiya filmi
35 “Balans” MMC “Ümid dibçəyi” q/m bədii film
36 “Balans” MMC “Çin olan gizlinlər” sənədli film
37 “Pərifilm” MMC “Toxum” animasiya filmi
38 “Marcom”MMC “Yanmış evdəki çılçıraq” q/m bədii film
39 “NN” film “Toxumun qayıdışı” animasiya filmi
40 “Debüt” studiyası “İki gün” q/m bədii film
41 “Debüt” studiyası “Evimin səsi” q/m bədii film
42 “Azanfilm” studiyası “Həyat davam edir” animasiya filmi
43 “Ultra Production” MMC “Hasar” q/m bədii film
44 “Ultra Production”MMC “YAMAC” animasiya filmi
45 “Varyox” MMC “Güzgü” sənədli film
46 “Varyox” MMC “Qayıdış” q/m bədii film
47 “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzi “Gedənlərin qayıtması” q/m bədii film
48 “İLK media” “Ərik ağacı” q/m bədii film
49 “Cinema Art” “Ceyranın səyahəti” animasiya filmi

Qəbul olunmuş layihələrdən 5-i televiziya kanalları, 7-si dövlət studiyaları, 37-si isə müstəqil prodüser mərkəzləri tərəfindən təqdim edilib.

Qeyd edək ki, bədii seçim mərhələsində film layihələrini mədəniyyət nazirinin əmri ilə təsdiq edilmiş Münsiflər heyəti bədii-kinematoqrafik baxımdan 16 aprel 2021-ci il tarixinədək qiymətləndirəcək və qaliblərinin adları nazirliyin www.mct.gov.az internet saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq. Bu mərhələdə seçilən layihələr 3-cü mərhələyə – istehsalçıların Pitçinqi mərhələsinə buraxılacaq.

19-29 aprel 2021-ci il tarixində təşkil olunacaq Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq Pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə Münsiflər heyətinin rəyi əsasında ən yaxşı layihələr müəyyən ediləcək. 30 aprel 2021-ci il tarixdə elan ediləcək Qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.