Azərbaycanda məşhur şirkətlərin rəhbərinə 25 min manatlıq cərimə protokolu tərtib edilib.
NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki,protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsi tərəfindən “Harmony İndustrial Construction and Engeering Group” MMC-nin qanuni təmsilçisi Orucov Əlövəst Bilal oğluna tərtib olunub.
Ona siyasi, sosial və əmək hüquqları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Əlövsət Orucov dövlət qurumlarının böyük məbləğli tenderlərinin qalibi olan “Piramida-2001” MMC və “A-Marble” MMC-nin də sahibidir.
Yeri gəlmişkən, Əlövsət Orucov 3 şirkətin sahibi olsa da, iş adamı kimi onun barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Bu da onun əslində “proxy” şəxs olduğu barədə şübhələri artırır.