BP-də nə qədər Azərbaycan vətəndaşı çalışır?backend

BP-də nə qədər Azərbaycan vətəndaşı çalışır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 442 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə 2020-ci ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, bu, 2019-cu ilin nəticələri ilə müqayisədə 92 nəfər və ya 3,63 % azdır. Ötən ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə isə 55 nəfər və ya 2,2 % azdır.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.