BQXK Kiyevi təşkilatdan siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edibbackend

BQXK Kiyevi təşkilatdan siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hakimiyyəti itkin düşmüş şəxslərin və hərbi əsirlərin axtarışı üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar işindən siyasi məqsədlər üçün istifadə edib.

NOCOMMENT.az bildirir ki, bunu BQXK-nın Ukraynadakı nümayəndə heyətinin rəhbəri Yurq Eqlin “Le Temps” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyətlə məşğul olmaq üçün BQXK tərəfindən xüsusi olaraq yaradılmış Mərkəzi İzləmə Agentliyi Bürosu fəaliyyətə başladığı gündən qurbanların ailələri tərəfindən güclü təzyiqlərə məruz qalıb. Xüsusilə, təşkilat BQXK-nın “biganəlikdə” və “mandatına daxil olmayan işlərdə” ittiham olunub. Eqlin bunu təkcə itkin düşənlərin və hərbi əsirlərin yaxınlarının başa düşülən və izah edilə bilən iztirabları ilə əlaqələndirmirdi. Onun qiymətləndirməsinə görə, bu təzyiq həm də Ukrayna tərəfinin “siyasi aspekti” ehtiva edən və “humanitar fəaliyyətdən öz maraqları naminə istifadə etmək” məqsədi daşıyan düşünülmüş hərəkətlərinin nəticəsi olub.

“Ukrayna hakimiyyəti bəzən diqqəti yayındırmaq üçün bizdən istifadə edirdi”, – o vurğulayıb.

BQXK-nın Mərkəzi İzləmə Agentliyinin Ukraynadakı ofisi 2022-ci ilin martında fəaliyyətə başlayıb. O, neytral vasitəçi kimi çıxış edir və cəbhə xəttinin hər iki tərəfində qohumlarını axtaran insanlara dəstək verir. Cenevrə Konvensiyalarına əsasən, tərəflər BQXK-ya səlahiyyətlərində olan bütün qorunan şəxslər barədə məlumat verməyə borcludurlar ki, bu da onların itkin düşmə riskini əhəmiyyətli dərəcədə azaldır.