Avtomobillə piyadanı vuraraq qaçmaqda təqsirləndirilən Gülsüm Adıgözəlovanın barəsindəki yenidən kassasiya şikayəti verilib.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
İttihama görə, hadisə 10 mart 2023-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, Gülsüm Adıgözəlova idarə etdiyi “Kia Picanto” markalı avtomobillə hərəkətdə olarkən yolun “Bravo” mağazanın yaxınlığından keçən hissəsində dayanmış piyada Müşfiq Vəliyevi vurub və hadisə yerindən qaçıb.
Hadisədən sonra Gülsüm Adıgözəlova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə həmin cəzasını dəyişdirib və Gülsüm Adıgözəlova 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.