“Bravo”nun vətəndaşları aldatdığı üzə çıxdı – Cərimələndibackend

“Bravo”nun vətəndaşları aldatdığı üzə çıxdı – Cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ötən il “Bravo” supermarketlər şəbəkəsinin istehlakçıları aldatması ilə bağlı 5 dəfə inzibati protokol tərtib edib. 

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Supermarket” MMC-nin dörd dəfə qida məhsulları, bir dəfə isə qeyri-qida məhsullarının üzərində göstərilmiş qiymətdən baha satılması halı aşkar edilib. Bu isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun pozulması deməkdir.

Dövlət Xidməti bunu nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsinə əsasən “Bravo”ya qarşı inzibati xəta protokolu tərtib edib.\\Valyuta.az