“Azərbaycan Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.
NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, mağazalar şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İXM-nin 447.0.1-ci maddəsinə görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
İşə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.