Braziliya bu ölkələri Ukraynada sülh masasına çağıracaqbackend

Braziliya bu ölkələri Ukraynada sülh masasına çağıracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün Hindistan və İndoneziyanı keçirmək istədiyi sülh danışıqlarına dəvət edəcəyini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Hollandiyanın baş naziri Mark Rutte ilə görüşdən sonra çıxış edən Lula da Silva Ukrayna-Rusiya müharibəsinin sülh yolu ilə başa çatması üçün əsas iqtisadiyyatların beynəlxalq təşkilatının yaradılmasına çağırıb. Hindistan və İndoneziyanı danışıqlarda iştiraka dəvət edəcəyini bildirən Lula da Silva, müharibənin sona çatması üçün sülh yolu ilə həll yolunu axtardığını dilə gətirib.

Lula Da Silva “Müharibə vaxtı deyil, diplomatiya zamanıdır. Hər kəs bilir ki, biz Ukraynadakı müharibəni pisləyirik. Müharibənin davam etməsi yalnız ölənlərin sayını artıracaq”. dedi.
Braziliyanın milli təhlükəsizlik üzrə müşaviri Selso Amorimin Ukraynaya getməsi ilə bağlı məlumatı paylaşan Lula da Silva Amorinin əvvəlcə Rusiyaya səfər etdiyini, indi isə Ukrayna prezidenti Volodomir Zelenski ilə görüşəcəyini bildirib.
“Selso artıq Putinin nə istədiyini bilir və indi o, Zelenskiyə qulaq asacaq. Bizim digər ölkələrlə danışmaq üçün vasitəçilərimiz də olacaq və kim bilir, bəlkə bu yolla biz müharibənin bitməsinə kömək edə bilərik”, – Lula da Silva bildirib.

2023-cü ilin yanvarında Braziliya prezidenti Ukraynadakı müharibənin sülh yolu ilə başa çatması üçün G20-yə bənzər beynəlxalq təşkilatın yaradılması ideyalarını bölüşdü.