Braziliya hökuməti Elon Musk ilə münaqişədən sonra Starlink peyk rabitəsini əvəz edəcək vasitə axtarır və Çinin peyk rabitəsi təminatçısı ilə əməkdaşlıq haqqında danışıqlar aparır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Hökumət Şanxay peyk istehsalçısı SpaceSail-ə Braziliyanın şimal-şərqindəki hərbi kosmik bazadan istifadə etməyi təklif edib”, – hesabatda deyilir.
Qeyd edilir ki, bu şirkət Starlink internet xidməti ilə rəqabət apara bilər.
Braziliya hakimiyyət orqanları həmçinin Pekində yerləşən Galaxy Space adlı başqa bir peyk istehsalçısını nəzərdən keçirir, lakin onun xaricdə xidmət göstərməyə hələ icazəsi yoxdur.