Braziliya Prezidenti MERCOSUR və Aİ arasında sazişi altı ay ərzində imzalamağı planlaşdırırbackend

Braziliya Prezidenti MERCOSUR və Aİ arasında sazişi altı ay ərzində imzalamağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva Cənubi Amerika Ümumi Bazarı (MERCOSUR) ilə Avropa İttifaqı arasında danışıqları qarşıdakı altı ay ərzində başa çatdırmaq və yekun əməkdaşlıq sazişi imzalamaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Lula da Silva hesab edir ki, bu saziş Amerika Birləşmiş Ştatlarının mövcud administrasiyasının tarif siyasətinə optimal cavab olacaq. O, bu barədə Fransa Prezidenti Emmanuel Makronla Parisdə keçirdiyi birgə mətbuat konfransında danışıb.

“Avropa İttifaqı ilə MERCOSUR arasında bu razılaşma, tarif proteksionizminin qaytarılması və birtərəfli hərəkətlər nəticəsində yaranan qeyri-müəyyənlik fonunda regionlarımızın verə biləcəyi ən yaxşı cavab olacaq”, – deyə Braziliya lideri qeyd edib. O, xüsusilə Donald Tramp administrasiyası dövründə tətbiq edilən tarif tədbirlərini şərh edərkən bu fikirləri səsləndirib.

Prezident əlavə edib ki, Braziliyanın MERCOSUR-a sədrliyi dövründə Avropa İttifaqı ilə yekun əməkdaşlıq sazişinin imzalanması planlaşdırılır.