Braziliya prezidenti Zelenski ilə görüşdən imtina edibbackend

Braziliya prezidenti Zelenski ilə görüşdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Braziliya prezidenti Luiz İnasiu Lula da Silva ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdən imtina edib. Bu barədə TASS “O Globo” qəzetinə istinadən yazır.

Braziliyalı jurnalistlərin sözlərinə görə, Zelenski Argentina prezidentinin andiçmə mərasiminə gedərkən Braziliyadakı aviabazada təyyarəsinə yanacaq doldurmaq üçün dayananda Silvanı görüşə dəvət edib. Bu, “son anda” – dekabrın 7-də baş verdi. Həmin gün Lula da Silva və Braziliya Xarici İşlər Nazirliyinin nümayəndələri Cənubi Amerika Ümumi Bazarına (Merkosur) üzv ölkələrin dövlət başçılarının Rio-de-Janeyroda keçirilən sammitində idilər.