Braziliyada daşqın və torpaq sürüşmələrində 36 nəfər ölübbackend

Braziliyada daşqın və torpaq sürüşmələrində 36 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ştat rəsmiləri tərəfindən edilən açıqlamada Braziliyanın şimalındakı Sao Paulo əyalətində leysan yağışların daşqın və torpaq sürüşməsinə səbəb olduğu və 36 nəfərin öldüyü, ölümlərin arta biləcəyi bildirilib.

NOCOMMENT xəbər verir ki, ölkənin bir çox ştatlarında təbii fəlakət səbəbindən karnaval şənlikləri ləğv edilib.

San-Paulu əyalət hökuməti verdiyi açıqlamada San Sebastiao şəhərində 35 nəfərin, qonşu Ubatubada isə 7 yaşlı qızın öldüyünü bildirib.

Şiddətli yağışın səbəb olduğu daşqın və sürüşmələrdən ən çox zərər çəkən və hazırda fəlakət vəziyyətində olan Sao Sebastiao, Ubatuba, İlhabela və Bertioqa şəhərləri xilasetmə qrupları yaralıları və cəsədləri tapmaq üçün mübarizə apararkən Karnaval şənliklərini ləğv edib.