Braziliyada daşqın və torpaq sürüşməsi – 40 nəfər öldübackend

Braziliyada daşqın və torpaq sürüşməsi – 40 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın San-Paulu əyalətində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşməsi nəticəsində 40 nəfər ölüb.

NOCOMMENT xəbər verir ki, San-Paulu qubernatoru Tarçizio Qomes de Freitas verdiyi açıqlamada şiddətli yağışlar nəticəsində Ubatuba, Sao Sebastiao, İlhabela, Karaquatatuba və Bertioqa əyalətlərində fəlakət vəziyyəti elan edildiyini bildirib.

Freitas sel və torpaq sürüşmələri səbəbindən 228 nəfərin təxliyə edildiyini, 338 nəfərin evsiz qaldığını, 40 nəfərin həyatını itirdiyini açıqlayıb.

Axtarış-xilasetmə mübarizəsinə dəstək üçün bölgəyə silahlı qüvvələrin iki helikopterinin göndərildiyini vurğulayan Freitas, humanitar yardım üçün 7 təyyarənin hazırlandığını bildirib.

Freitas, fəlakət bölgəsinə 1,5 milyon dollar verildiyini də açıqladı.