Braziliyada quş qripi xəbərdarlığıbackend

Braziliyada quş qripi xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada quş qripinə yoluxma hallarından sonra ölkədə heyvan sağlamlığı ilə bağlı fövqəladə vəziyyət elan edilib.

NOCOMMENT xəbər verir ki, Braziliyanın Kənd Təsərrüfatı Naziri Karlos Favaro, xüsusilə Espirito Santo və Rio-de-Janeyro əyalətlərində vəhşi quşlarda çoxlu sayda quş qripi hadisəsi aşkar edildikdən sonra ölkədə altı aylıq heyvan sağlamlığı üçün fövqəladə vəziyyət elan edildiyini açıqladı.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri qeyd edib ki, bu hallar Braziliyanın cənubundakı istehsal sahələrindən uzaqda müşahidə olunub.

İllik təxminən 10 milyard dollarlıq toyuq əti ixracatı ilə dünyada birinci yerdə olan Braziliya, xəstəliyin “ticarət heyvanlarına” keçməsi halında həm heyvanların kəsilməsi, həm də digər ölkələrdən gələn ticarət məhdudiyyətləri səbəbiylə ixracatın itirilməsindən narahatdır.

Dünya 2021-ci ilin oktyabr ayından bəri ən pis quş qripi epidemiyasını yaşayır. Bundan əlavə, bəzi məməlilərin xəstəliyə yoluxduğu bildirilir.