Braziliyalı hücumçu: “Neftçi”də daha çox oynamaq və qollar vurmaq istəyirəm”backend

Braziliyalı hücumçu: “Neftçi”də daha çox oynamaq və qollar vurmaq istəyirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi özümü “Neftçi”də qarşıya qoyulan məqsədlərə çatmaq üçün daha hazır hesab edirəm”.

“NOCOMMENT”-in Report-a istinadən verdiyi xəbərə görə, bunu “Neftçi”nin braziliyalı futbolçusu Ramon Maçado ölkəsinin mətbuatına açıqlamasında deyib.

31 yaşlı hücumçu bildirib ki, azarkeşlər artıq onun timsalında meydanda daha güclü və həlledici oyunçu görəcəklər: “İnanıram ki, onların ümidlərini doğruldacağam”.

Təcrübəli forvard 2022-ci ildən ümidli olduğunu söyləyib: “Neftçi”nin hədəflərinə çatması üçün daha çox oynamaq, qol vurmaq və faydalı olmaq istəyirəm”.

Qeyd edək ki, Ramon Maçado “Neftçi” ilə 1 illik müqavilə imzalayıb