Braziliya Federal Ali Məhkəməsi keçmiş prezident Jair Bolsonaronu hazırkı dövlət başçısı Luiz İnasio Lula da Silvanın hakimiyyətə gəlməsinin qarşısını almaq üçün hərbçilərin iştirakı ilə sui-qəsd təşkil etməkdə təqsirli bilib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu səsvermənin nəticələri sübut edir.
“Prokurorluq inandırıcı şəkildə sübut etdi ki, Jair Messias Bolsonaronun başçılıq etdiyi bir qrup 2022-ci il seçkilərindən sonra hakimiyyətin qanuni ötürülməsinə xələl gətirmək məqsədi ilə demokratik təsisatlara hücum planı hazırlayıb həyata keçiriblər”, – hökmdə deyilir.