Brent markalı neftin qiyməti düşdübackend

Brent markalı neftin qiyməti düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 74,08 dollara satılır.

NOCOMMENT xəbər verir ki, cümə günü 75,85 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 74,17 dollarla bağladı. Saat 09:01-ə olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti bağlanış tarixi ilə müqayisədə 0,12 faiz azalaraq 74,08 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir bareli 69,92 dollardan alıcı tapıb.

Dünyanın ən böyük neft istehlakçıları olan ABŞ və Çinin tələb proqnozu ilə bağlı mənfi gözləntilər qiymətlərin məhdud enişində təsirli olub. Qiymətlər, ABŞ-ın defolt riski fonunda tənəzzülə girə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən keçən həftə ardıcıl dördüncü həftədir ucuzlaşıb.