Brentin qiyməti son bir ildə rekorda imza atıbbackend

Brentin qiyməti son bir ildə rekorda imza atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İCE London birjasında Brent markalı neftin fyuçers dəyəri 1,2% artaraq bir barel üçün 65,12 dollara çatıb.

NOCOMMENT xarici mediaya istinadən xəbər verir ki, Brent markalı neft 1,7% artaraq bir bareli 65,46 dollara satılıb.

Eyni zamanda, Nyu Yorkun NYMEX əmtəə birjasında WTİ nefti də 1,7% bahalaşaraq bir barelinin qiyməti 62,21 dollar təşkil edib.

Qeyd edək ki, Brent markalı neftin bir barelinin qiyməti son dəfə 2020-ci ilin yanvar ayında 65 dolları ötmüşdü.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,17% artaraq 3,29 ABŞ dolları təşkil edib.