BRİKS-ə üzv ölkələrin XİN başçılarının görüşü olacaqbackend

BRİKS-ə üzv ölkələrin XİN başçılarının görüşü olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) xarici işlər nazirlərinin görüşü iyunda Nijni Novqorodda keçiriləcək.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Moskvanın sədrliyi dövründə Rusiyanın onlarla şəhərində 200-dən çox tədbirə ev sahibliyi etməsi gözlənilir. 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİKS-in 16-cı sammiti təqvimin əsas hadisəsi olacaq.

Qeyd edək ki, Rusiya bu il yanvarın 1-dən BRİKS-ə sədrlik etməyə başlayıb.