Böyük Britaniya hökuməti öz nüvə arsenalını genişləndirmək niyyətindədir və bu məqsədlə ABŞ-dan B61 tipli taktiki nüvə bombaları daşıya bilən F-35A qırıcılarının alınması ilə bağlı danışıqlar aparır.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.
Hazırda Birləşmiş Krallığın nüvə silahı yalnız dörd “Vanguard” tipli sualtı qayıqda yerləşdirilib. Bu qayıqlar ABŞ istehsalı olan “Trident II” (D5) ballistik raketləri ilə təchiz olunub.
Mənbələrin dediyinə görə, London nüvə qüvvələrinə taktiki aviasiya komponenti əlavə etmək niyyətindədir və F-35A qırıcılarının alınması bu strategiyanın bir hissəsidir.