Britaniya dondurulmuş Rusiya aktivlərindən əldə olunan 1 milyard dolları Ukraynaya ayırıbbackend

Britaniya dondurulmuş Rusiya aktivlərindən əldə olunan 1 milyard dolları Ukraynaya ayırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya 1 milyard dollar göndərib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, məlumat ölkə hökumətinin rəsmi saytında yer alıb.

“Dondurulmuş Rusiya aktivlərindən əldə olunan 1 milyard funt sterlinqdən artıq məbləğ Ukraynaya hərbi dəstək üçün yönəldilib”, – müdafiə naziri Con Hili bildirib.

Nazir həmçinin qeyd edib ki, Böyük Britaniya Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini yenidən nəzərdən keçirir və atəşkəsin əldə olunacağı halda onları Ukraynaya göndərməyə hazırdır.