Britaniya hava hücumundan müdafiə sistemlərinin çatışmazlığını elan edibbackend

Britaniya hava hücumundan müdafiə sistemlərinin çatışmazlığını elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava hücumundan müdafiə sistemlərinin olmaması səbəbindən Böyük Britaniya potensial düşmənin raket hücumuna qarşı həssasdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “I” qəzeti Britaniya parlamentinin İcmalar Palatasının Müdafiə Komitəsinin keçmiş rəhbəri Tobias Elvuda istinadən məlumat yayıb.

Keçmiş parlamentarinin sözlərinə görə, hipersəs raketlərindən istifadə edilərək hücum zamanı Britaniyanın hava hücumundan müdafiə sistemləri həddən artıq yüklənəcək, nəticədə London kütləvi bombardmanlarla hədələnəcək. Ellvud vurğulayıb ki, kritik infrastrukturu qorumaq üçün İsrailin Dəmir Qübbəsinə bənzər Britaniya hava hücumundan müdafiə sisteminin yaradılmasına sərmayə qoymaq lazımdır.

Müxalifətdəki Mühafizəkarlar Partiyasından olan kölgə müdafiə naziri Ceyms Kartlic də hökuməti hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının istehsalını sürətləndirməyə çağırıb. O qeyd edib ki, hipersəs raketlərinin yaradılması və pilotsuz təyyarələrin geniş tətbiqi Böyük Britaniyanın hava hücumundan müdafiə sisteminə əlavə investisiya tələb edir.