Britaniya hərbçiləri maaşların artmasına baxmayaraq ordunu tərk edirlərbackend

Britaniya hərbçiləri maaşların artmasına baxmayaraq ordunu tərk edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökumətin silahlı qüvvələr böhranını həll etmək üçün təqdim etdiyi rekord maaş artımına baxmayaraq, Britaniya hərbçiləri ordunu tərk edir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı “The Telegraph” məlumat yayıb.

“Tarixdə ilk dəfə olaraq Böyük Britaniyada hər min nəfərə cəmi iki hərbi qulluqçu düşür”, – məlumatda deyilir.

Nəşrin məlumatına görə, son bir il ərzində Britaniya Silahlı Qüvvələrini 15 mindən çox insan tərk edib, onlardan təxminən 8 mini hərbi sıraları öz istəkləri ilə tərk edib.