Britaniya hərbçilərini Ukraynada yerləşdirmək istəmirik – Müdafiə naziribackend

Britaniya hərbçilərini Ukraynada yerləşdirmək istəmirik – Müdafiə naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük Britaniyanın Ukraynaya hərbçi göndərmək planı yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps deyib.

Qeyd edib ki, biz sərhədi keçib Britaniya hərbçilərini Ukraynada yerləşdirmək istəmirik. Bunun məntiqli olduğunu düşünmürəm. Amma hesab edirəm ki, ukraynalı hərbçilərin təlimini Ukraynaya yaxınlaşdırmağın mənası var.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeron Ukraynaya Britaniya hərbçilərinin göndərilməsinin əleyhinə dəfələrlə çıxış ediblər.