Britaniya hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiyaya müharibə elan etmək deməkdir – Medvedyevbackend

Britaniya hərbçilərinin Ukraynada yerləşdirilməsi Rusiyaya müharibə elan etmək deməkdir – Medvedyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üçüncü ölkələrin Ukraynaya hərbi kontingentin yerləşdirilməsi Rusiyaya müharibə elanı demək olacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Telegram kanalında bildirib.

Medvedev qeyd edib ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak “tarixi təhlükəsizlik sazişi” imzalamaq üçün Kiyevə gəlib.

“Ümid edirəm ki, bizim əbədi düşmənlərimiz, həyasız britaniyalılar başa düşürlər ki, öz rəsmi hərbi kontingentinin Ukraynada yerləşdirilməsi ölkəmizə müharibə elan etmək deməkdir”, – Rusiya Təhlükəsizlik Şurasının sədr müavini yazıb.