Britaniya kəşfiyyatı İranın Rusiyaya ötürdüyü raketlərin xüsusiyyətlərini açıqlayıbbackend

Britaniya kəşfiyyatı İranın Rusiyaya ötürdüyü raketlərin xüsusiyyətlərini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya İrandan Ukraynanın cəbhə xəttindəki şəhərlərini təhdid edən “Fath-360” qısa mənzilli ballistik raketləri alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı sentyabrın 13-də “X” sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, İran ilk dəfə 2020-ci ildə “Fath-360” raketlərini təqdim edib. “Fath-360” 150 kq döyüş başlığını 30 metrdən az dəqiqliklə 120 km-ə qədər məsafəyə çatdıra bilir.

Britaniya kəşfiyyatçıları qeyd edirlər ki, əvvəllər İranın Rusiyaya hərbi yardımı yüzlərlə kamikadze pilotsuz uçan aparatların, artilleriya sursatlarının tədarükü, həmçinin Rusiya pilotsuz təyyarələrinin istehsalına dəstək olub.

“İranın ballistik raketlərinin tədarükü Rusiyanın Ukrayna hərbi obyektlərinə və ya cəbhə xəttinə yaxın mülki infrastruktura dəqiq zərbələr endirmək qabiliyyətini tamamlayacaq və gücləndirəcək, həmçinin Rusiyaya dərinlikdə yerləşən hədəflərə qarşı istifadə üçün uzaq mənzilli imkanlarının əksəriyyətini saxlamağa imkan verəcək”, – onlar Böyük Britaniyanın Müdafiə Nazirliyinə bildiriblər.