Britaniya Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri Kipr və Cəbəllütariq hakimiyyətləri ilə krallığın bu ərazilərdəki bazalarına Rusiya tərəfindən təhlükə olması ilə bağlı danışıqlar aparıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Telegraph” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, “fövqəladə vəziyyət” kimi xarakterizə edilən danışıqlarda Moskvadan gələn ehtimal olunan təhdidlər fonunda yeni müdafiə tədbirlərinin tətbiqinin zəruriliyi məsələsinə baxılıb. Qəzet qeyd edir ki, hazırda Böyük Britaniyanın Kipr və Cəbəllütariqdəki hərbi bazalarına təhlükə səviyyəsi “əhəmiyyətli” olaraq xarakterizə edilir, yəni hücum “ehtimal olunur”.
Nəşr bildirir ki, hələlik təhlükəsizlik sistemində heç bir dəyişiklik edilməyib.