Britaniya Kosovonu AB və NATO-da görməkdə qərarlıdırbackend

Britaniya Kosovonu AB və NATO-da görməkdə qərarlıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın Silahlı Qüvvələr üzrə Dövlət Katibi Ceyms Heppi Böyük Britaniyanın şərtlər imkan verdikdə Kosovonu Aİ və NATO-da görməkdə qərarlı olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə dövlət katibi Ceyms Heppi rəsmi səfərdə olduğu Kosovoda prezident Vjosa Osmani tərəfindən qəbul edilib.

Daha sonra yerli mediaya açıqlama verən Heppi, ölkədəki təhlükəsizlik problemlərini və onların həllində Böyük Britaniyanın oynaya biləcəyi və oynamalı olduğu rolu müzakirə etdiklərini söyləyib.

“Əlbəttə, Kosovonun uzunmüddətli hədəfi həm Aİ, həm də NATO-ya üzv olmaqdır və hər iki təşkilatın daha geniş fikir birliyinə ehtiyacı olsa da, Böyük Britaniya şərtlər imkan verdikdə Kosovonu bu yolda görməkdə qərarlıdır” deyə o qeyd edib.

NOCOMMENT.AZ