Britaniya Kraliçasının dəfn mərasimi başlayıb- VİDEObackend

Britaniya Kraliçasının dəfn mərasimi başlayıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi başlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, mərasim Vestminster abbatlığında keçirilir.

Vidada Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir. Kraliçanın tabutu abbatlığın əsas mehrabına qoyulub.

Onu son mənzilə Kanterberi arxiyepiskopu Castin Velbi iki min qonağın – kral ailəsinin üzvləri və dünyanın müxtəlif ölkələrindən olan siyasətçilərin iştirakı ilə yola salacaq.

Xor XVIII əsrə aid dövlət dəfnlərindəki ənənə olan İncildən sətirlər oxuyur.