Britaniya kralının Fransa səfəri başlayıbbackend

Britaniya kralının Fransa səfəri başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərə kralı III. Çarlz və Kraliça Kamilla mart ayında keçirilməsi planlaşdırılan, lakin ölkədəki etirazlar səbəbilə təxirə salınan 3 günlük Fransa səfərinə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, İngiltərə kralı III. Çarlz və Kraliça Kamillanı Orli hava limanında Fransanın baş naziri Elizabet Born, xarici işlər naziri Ceyms Kleverli və Fransanın Böyük Britaniyadakı səfiri Dame Menna Roulinqs qarşılayıblar.

Kral Çarlz hava limanından sonra onun üçün təşkil edilən rəsmi qarşılanma mərasimində iştirak edib. İki ölkənin himnlərinin oxunduğu mərasimdən sonra kral Çarlz Fransa prezidenti Emmanuel Makronla Naməlum Əsgər abidəsini ziyarət edib.

Kral Çarlz Fransaya 3 günlük səfəri zamanı bu axşam onun şərəfinə təşkil olunacaq nahardan əvvəl Makronla görüşəcək. Kral və kraliça Fransa prezidenti Makronla Yelisey sarayına gedəcəklər.

Kral Çarlz və Kraliça Kamilla Fransa səfərindən əvvəl sosial media hesablarından paylaşım edərək həyəcanlarını dilə gətiriblər. “Kral və kraliça kimi Fransaya ilk rəsmi səfərimizdə Parisdə və Bordoda sizinlə birgə olmağı səbirsizliklə gözləyirik. Biz iki ölkəmiz arasındakı xüsusi əlaqəni və gözəl ölkənizin təklif etdiyi hər şeyi qeyd edəcəyik”.