Kreml daxilində özünü daha çox müdafiəsiz hiss etmə meyli artır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb.
Daxili çevriliş qorxusu Putinin fikrində maniakal səviyyəyə çatıb.
Nəşrin məlumatına görə, FTX artıq Rusiya Antihərb Komitəsinin üzvlərini hakimiyyəti zorla ələ keçirməyə cəhd etməkdə ittiham edib. Ekspertlər bunu Kreml paranoyasının yeni dalğası kimi qiymətləndirirlər.
ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Herbst bildirib ki, “Putin rejimini möhkəmləndirmək üçün düşmən axtarır”.
Analitiklər qeyd edirlər ki, hakimiyyət müxalifəti gözdən salmağa və ölkə daxilindəki problemlərin günahını Qərbin üzərinə atmağa çalışır — bu isə əhalinin diqqətini artan sabitsizlikdən yayındırmaq məqsədi daşıyır.
Bu fonunda iqtisadi çətinliklər və Çindən asılılıq da güclənir — Si Cinpin istəsə, müharibəni dayandırıb Rusiyanın iqtisadiyyatını çökdürə bilər.
Nəşr xatırladır ki, 2023-cü ildə “Vaqner” üsyanı Putinin hakimiyyət vertikalının nə qədər kövrək olduğunu göstərən ilk ciddi siqnal olmuşdu.













