Britaniya Rusiyanın “kölgə donanması”na sanksiyalar tətbiq edəcəkbackend

Britaniya Rusiyanın “kölgə donanması”na sanksiyalar tətbiq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya hökuməti Rusiya neftinin satışına qoyulan məhdudiyyətlərdən yayınmaq üçün istifadə olunan bu ölkənin “kölgə donanması”nın 100 neft tankerinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer mayın 9-da Osloda keçiriləcək Avropa müdafiə sammitində yeni tədbirləri açıqlayacaq.

Əlavə məlumat verilmir.

“Financial Times” qəzeti qeyd edib ki, Avropa İttifaqı da öz növbəsində 17-ci sanksiyalar paketinə “kölgə donanması” adlanan 149 neft tankerini daxil etməyi planlaşdırır.