Böyük Britaniya anti-Rusiya sanksiya siyahısını Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov və Mərkəzi Seçki Komissiyası da daxil olmaqla 11 mövqe genişləndirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yerləşdirilən yenilənmiş siyahıda deyilir .
Dövlət Dumasının deputatı, Vahid Rusiya Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin rəhbəri Aleksandr Sidyakinə, Xerson vilayəti hökumətinin sədrinə qarşı da Böyük Britaniyaya girişin qadağan edilməsini və aktivlərin aşkar ediləcəyi təqdirdə onların dondurulmasını nəzərdə tutan məhdudiyyətlər tətbiq edilib.