Britaniya səfiri əsgərin döyülməsini PİSLƏDİbackend

Britaniya səfiri əsgərin döyülməsini PİSLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld Ermənistan əsirliyindəki azərbaycanlı hərbi qulluqçuya işgəncə verilməsi görüntülərinə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində paylaşım edib.

“Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir. Beynəlxalq humanitar hüquq qanunlarına görə bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir”, – o qeyd edib.