Britaniya Ukrayna ilə bağlı planlarını dəyişirbackend

Britaniya Ukrayna ilə bağlı planlarını dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Ukraynada böyük sülhməramlı kontingentin yerləşdirilməsi ideyasından imtina edib, lakin Rusiyaya qarşı sanksiyaların təzyiqini artıracağına söz verib.

NOCOMMENT.az bildirir ki, bu barədə The Times yazır.

“Britaniya hərbi rəhbərliyi Ukrayna limanlarını və şəhərlərini qorumaq üçün 30 minlik kontingentin yerləşdirilməsi ideyasından imtina edib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bəzi Avropa ölkələri çoxlu sayda qoşun göndərməyi çox riskli hesab edib və lazımi resursları ayıra bilməyib. Nəşrin yazdığına görə, Böyük Britaniyanın yeni strategiyasına Qərbi Ukraynanın havadan təhlükəsizliyinin təmin edilməsi, ukraynalı hərbçilərin təliminə dəstək, Qara dənizin minalardan təmizlənməsi daxildir.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Keir Starmer Londonun Rusiya əleyhinə yeni sanksiyalar paketi hazırladığını açıqlamışdı. “Biz lazım gələrsə, sanksiyalar və daha geniş tədbirlər vasitəsilə Rusiyaya, xüsusən də iqtisadi sahədə təzyiqi artırmağa hazırıq. Tədbirlərin təsiri göz qabağındadır, Böyük Britaniya növbəti sərt sanksiyalar paketini hazırlayır”, – siyasətçi qeyd edib.