Britaniya Ukraynaya kömək edəcək – BƏYANATbackend

Britaniya Ukraynaya kömək edəcək – BƏYANAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya Rusiya qoşunları çıxarılana qədər Ukraynaya yardım göstərməyə hazır olduğunu bəyan edib.

NOCOMMENT.az “TASS”a istinadən xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Lodzda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının diplomatik departament rəhbərlərinin görüşündə bildirib ki, Böyük Britaniya Rusiya qoşunlarını respublika ərazisindən çıxarana qədər Ukraynaya hərbi, maliyyə və diplomatik dəstək göstərməyi planlaşdırır.

Onun sözlərinə görə, fəlakət yalnız Rusiya qoşunlarını Ukrayna ərazisindən çıxaran zaman bitəcək.

“O vaxta qədər Böyük Britaniya Ukraynanı dəstəkləyəcək .Humanitar, iqtisadi, diplomatik və hərbi yardım göstərəcək”, – deyə o bildirib.

publika.az