Britaniya Ukraynaya yeni silahlar göndərəcəkbackend

Britaniya Ukraynaya yeni silahlar göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya yaxın həftələr ərzində Ukraynaya onlarla artilleriya qurğusu, tank əleyhinə 1600 raket və 50 min artilleriya mərmisi göndərməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, “Reuters” iagentliyi bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uollesə istinadla məlumat yayıb. Onun sözlərinə görə, hərbi yardım paketinə, həmçinin artilleriya əleyhinə radarlar və yüzlərlə dron daxildir.

İyun ayının əvvəlində Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya 1 milyard funt-sterlinq (1,2 milyard dollar) dəyərində növbəti hərbi yardım paketi elan edib. Bununla da, fevralın sonundan bəri Londonun Kiyevə ayırdığı hərbi yardımın ümumi məbləği 2,3 milyard funt-sterlinqə (2,7 milyard dollar) çatıb.